Məşhur musiqiçinin oğlu tərəfindən qətlə yetirilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Sentyabrın 8-də, saat 12 radələrində Nofəl Süleymanlının paytaxtın Nizami rayonu ərazisində yaşadığı evdə odlu silahdan açılmış atəş nəticəsində aldığı xəsarətlər nəticəsində ölməsi barədə məlumat daxil olub.
Bununla bağlı Nizami rayon prokurorluğu məlumat yayıb.
Daxil olmuş məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə məhkəmə-ballistik, kriminalistik və tibbi ekspertlərin iştirakları ilə baxış keçirilmiş, hadisə yerindən müvafiq qan, giliz, silah və iş üzrə əhəmiyyət kəsb edən digər əşya və predmetlərin götürülməsi təmin edilib.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib, o cümlədən digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
İlkin araşdırmalarla müəyyən edilib ki, həmin gün saat 12 radələrində 2003-cü il təvəllüdlü Şövqü Süleymanlı paytaxtın Nizami rayonu ərazisində yerləşən yaşadıqları evin mətbəxində atası Nofəl Süleymanlının adına olan «Escot» markalı 12 kalibrli ov tüfəngində olan patronları boşaldarkən ehtiyatsızlıqdan tüfəngdən açılmış atəş nəticəsində qırmalar həmin vaxt mətbəxin eyvanında olan atası Nofəl Süleymanlının kürək nahiyəsinə dəyib, sonuncu aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.
SON XƏBƏR / HADİSƏ / ÖLKƏ
Tarix: 8-09-2020, 17:33