SON DƏQİQƏ! - Nazirlər Kabineti təsdiq etdi
Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının tərkibi təsdiq edilib.
REPORTYOR.AZ-ın məlumatınma görə, bu barədə Nazirlər Kabineti qərar verib.
Qərara əsasən Kosmik Məsələlər üzrə Şurasının tərkibi aşağıdakı kimidir:
1. İqtisadiyyat naziri
2. Fövqəladə Hallar naziri
3. Maliyyə naziri
4. Kənd Təsərrüfatı naziri
5. Ekologiya və Təbii Sərvətlər naziri
6. Milli Aviasiya Akademiyasının rektoru
7. Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru
8. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
9. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri
10. Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktoru
11. Milli Aviasiya Akademiyasının aviakosmik məsələlər üzrə məsləhətçisi.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 23-09-2020, 19:23