mobil versiya

Paşinyana Azərbaycanla müharibə niyə lazımdır? - Rusiyalı ekspertin şərhi




Ermənistanda iqtisadi problemlər olduğu üçün baş nazir Nikol Paşinyan qüvvələrini xarici düşmənə qarşı səfərbər etməyə çalışır.

REPORTYOR.AZ Trend-ə istinadən bildirir ki, bunu rusiyalı ekspert Aleksey Fenenko deyib.

O bildirib ki, bu səylər silahlı münaqişəyədək gəlib çata bilər: "Bu halda Paşinyan bütün iqtisadi problemləri bu vəziyyətə bağlaya bilər".

Ekspertin sözlərinə görə, Ermənistan baş nazirinin, həmçinin NATO-nun himayəsinə keçməklə bağlı planları var: "O, təsəvvür etmək istəyir ki, Ermənistana hücum edilib və bunun üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) təminat tələb edir. Amma KTMT Yerevanı Azərbaycana qarşı təxribatdan sonra dəstəkləməyəcəyi üçün Paşinyanın NATO məkanında müttəfiq axtarmaq bəhanəsi yaranacaq. KTMT-nin 2016-cı il oktyabr sammitində Rusiya açıq şəkildə bəyan edib ki, təşkilatın təminatları qondarma "DQR"ə şamil olunmur və yalnız Ermənistana hücum olunacağı təqdirdə işə düşür. Ona görə də indi Yerevan Azərbaycanı və ya Türkiyəni hücum edən tərəf kimi göstərmək üçün üsullar axtarır. İyul təxribatı məhz bu məcrada baş verdi. Paşinyan KTMT-nin Ermənistanı müdafiə edib-etməyəcəyini yoxlamaq istəyirdi".

Rusiyalı ekspert əlavə edib ki, iyul hadisələri zamanı heç kim açıq şəkildə Ermənistana kömək etmək üçün addım atmadı, hətta Rusiya da Gümrüdəki bazanı döyüş vəziyyətinə gətirmədi: "Belə görünür ki, Paşinyandan daha iri təxribat tələb olunacaq. Bu fikri sentyabrın 1-də Paşinyanın Ermənistanın Qarabağ tənzimlənməsi prosesindən, Vyana və Peterburq planlarından çıxması barədə bəyanatı təsdiq edir. İndi o, öz seçicilərinə prosesdən nahaq yerə çıxmadığını göstərmək üçün yeni hərbi əməliyyatlara başlaya bilər".
SON XƏBƏR / BANNER / KARUSEL / GÜNDƏM
Tarix: 27-09-2020, 10:00