mobil versiya

Gürcüstanda koronavirusun yeni ştammının yayıldığı ehtimal olunur



Gürcüstanda koronavirusun yeni ştammının mövcudluğu istisna edilmir.

“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru, baş epidemioloq Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, hazırda mütəxəssislər Tbilisidə COVID-19-a şübhəli yoluxma halları ilə bağlı tədqiqatlar aparırlar: “Koronavirusun yeni ştammı hələ təsdiqlənməyib. Yeni növ aşkarlana bilər, lakin araşdırmalar üçün günlər tələb olunur”.

A.Qamkrelidze deyib ki, Gürcüstanda yeni ştammı təsdiqləmək yalnız Riçard Luqar adına laboratoriyada mümkündür və bu cür araşdırmalar kifayət qədər uzun müddətli və bahalıdır.


SON XƏBƏR / GÜNDƏM
Tarix: 26-12-2020, 12:00