mobil versiya

Gürcüstanda koronavirusa yoluxma riski artıb - YENİLƏNDİ




“Gürcüstanda ilk dəfə olaraq koronavirusa üçüncü şəxsdən yoluxma halları qeydə alınıb”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

O deyib ki, koronavirus diaqnozunun qoyulduğu yeni pasiyentlərin infeksiyaya yoluxanlarla birbaşa kontaktı olmayıb: “Bu, o deməkdir ki, koronavirusun ölkə ərazisində daxili ötürülməsi baş verib”.

Qeyd edək ki, bu günə qədər Gürcüstanda koronavirusa 30 yoluxma halı təsdiqlənib, 418 nəfər karantində, 54 nəfər isə stasionar nəzarətdədir.

*** 12:23

Gürcüstanda koronavirus diaqnozunun qoyulduğu pasiyentlərin sayı 30-a çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə məlumat Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi rəsmi saytda yerləşdirilib.

Qeyd olunub ki, karantində 418, stasionar nəzarətdə isə 54 nəfər saxlanılır.

SON XƏBƏR / KARUSEL / DÜNYA
Tarix: 14-03-2020, 14:57