mobil versiya

Baş nazirdən VACİB QƏRAR: İşsizliyə görə pul almaq asanlaşdı - VİDEO




İşsizlikdən sığrota pulu almaq istəyən vətəndaşların işi daha da asanlaşdı. Bundan sonra, vətəndaşa işsizlikdən sığorta təyin edildikdə həmin pul vətəndaşın işsiz olduğu tarixdən hesablanacaq.

REPORTYOR.AZ xəbər verir ki, Nazirlər Kabineti "Sığorta ödənişinin verilməsi Qaydası"na dəyişiklik edilib. Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən sığorta ödənişinin hesablanması üçün sığortaolunanın itirilmiş orta aylıq əməkhaqqı onun "Məşğulluq haqqında" Qanunla müəyyən olunmuş qaydada işsiz kimi qeydiyyata alınmasından əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmlənmiş məbləğini 12-yə bölməklə yox, sığorta hadisəsinin baş verdiyi tarixdən başlanacaq.

Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı "Xəzər Xəbər"ə bildirib ki, əvvəlki qaydaya əsasən işsizlərə işsizlikdən sığorta pulu onun işsiz olması tarixindən deyil, işsiz kimi qeydiyyata alınmasından sonra verilirdi. Bu da işsizin bir neçə ayın pulunu itirməsi demək idi. Ancaq yeni tətbiq ediləcək bu qayda vətəndaşın xeyrinə olacaq.

Qurum rəsmisi deyib ki, bu ilin əvvəlindən ''İşsizlikdən sığrota haqqında'' qanuna edilən dəyişiklk işsizlikdən sığorta ödənişinin təyin olunması şərtlərini bir qədər yumşaldıb. İndiyədək qüvvədə olan qaydalara əsasən işsiz o vaxt minimum sığorta ödənişi ala bilərdi ki, onun işsizliyin başlanmasından əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 35 ay sığorta stajı olsun. İndi isə bu müddət 35 deyil, 30 aya endirilib.

Qeyd edək ki, sığorta ödənişi işəgötürən ləğv edildikdə, ştat ixtisarı edildikdə və müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar vətəndaş işdən azad olunduqda ödənilir. İşsizlikdən sığorta ödənişi hüququnun yoxlanılması üçün vətəndaşlar ilk olaraq ''Məşğulluq alt''sistemində işsiz kimi qeydiyyata alınmalıdır. Daha sonra isə vətəndaş üçün münasib iş seçmək və ya digər məşğulluq istiqamətlərinə vətəndaşı yönləndirmək mümkün olmadığı hallarında onun işsizlikdən sığorta hüququnun yoxlanılması prosesi həyata keçirilir.


KARUSEL / SOSİAL
Baxılıb: 66 Tarix: 17-04-2022, 14:35



Şərh bildir
yenilə, əgər kod görünmürsə