mobil versiya

Flora Kərimovadan Afətə məktub: "Oğluna yazığım gəldi ki, anasının düşməni mən olmayım"




Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızına məktub yazıb. 

REPORTYOR.AZ hazırda Afətlə məhkəmə işi davam edən sənətçinin açıq məktubunu təqdim edir:

"Afət, sənə sonuncu dəfə sözümü 2019-cu ildə dedim! Bu daha bir son olsun! Bu zamana kimi mənim kimliyimin, düşüncəmin fərqində olmadan necə mənə savaş açırsan!? Necə məni özünlə eyni tərəziyə qoyursan?! Gülməli deyilmi?!

Başqasının ağlına arxalanıb ümidlərlə bəslənən Afət! 81 ildə sənin ağlına gəlməyən sınaqlardan, bacara bilməyəcəyin şərlərdən keçib, savaşlardan nəinki qalib, yaralanmadan çıxmışam. Sən indiyə kimi başa düşmədin ki, sənə ağıl verənlərin buynuzları mənim əlimlə qırılıb? Hansı təffəkürlə düşünə bilirsən ki, mən kiminsə kölgəsində gizlənə biləcək kiçiklikdəyəm? Kiminsə kölgəsi ola bilərəm?!


“Müxalifət Flora” deyib məqsədini “hesablayıb”, hansı nəticəni gözləyirsən? Kimlərisə öz məntiqinə görə şantaj edəcəksən və mən haqlı olduğum yolumdan yayınacam?! Bir gün birinə eyham vurursan, sabah başqasına... Budur yeganə çıxış yolun?

Əzbərlədiyin “açıqlayacam”, “mənə göndəriblər”, “Əlimdə faktlarım var” boş-boş hədələdiyin əməllərdən nə vaxt keçəcəksən? Nə gözləyirsən, nədir səni saxlayan? Məni məhkəməyə “verirmişəm” deyib, indiyə kimi sənə cinayət işi açılan məhkəməyə gələ bilməyəcək qədər cəsarətsizsən.

"Ad çəkmirəm" deyib ağlına görə Ruhi Əliyevaya, Nazəninə atmadığın böhtan qalmadı. Bu hal hamilə qadının halından çox “dövrdən” kəsilən qadınları xatırladır. Məndən öncə kiminlə ədavətin olub, kimlər səni çeynəyib, kimlər səni əzib - bunun mənə nə aidiyyəti var? Sən şükür elə sənə yazıqları gəlib atdığın şərlərə görə məhkəməyə vermirlər.

Bugünkü gülünc “səs-küyün”, TikTokda, instaqramda sifarişli paylaşımlar çarəsizliyinin və məğlubiyyətinin göstəricisidir. Bu xırdaçılığınla mənim adımdan hərif əskiləcək?

İki il… Düz iki il susdum ki, bəlkə, gəvəzəliyinə son qoyasan. Səninki kin deyildi, səninki susmağımı özünə qalibiyyət bilib “zəfərinlə” öyünmək idi.

Qadınlığına, oğluna yazığım gəldi ki, anasının düşməni mən olmayım. Hər kim olsan belə anasısan. Mən də oğul anasıyam. Bunu sən başa düşməyəcək qədər sadəlövhsən. Sənin özünün-özünə elədiyin pisliyi heç kim sənə etmədi. Adımdan özünə ad elədin, hörmətimdən özünə hörmət görə bildinmi? Yenə təkrar edirəm, sənin nə ölündən əl çəkənəm, nə də ölüm səndən əl çəkər. Tanrı möhlət verərsə, hər kəlmənin haqq-hesabını çürüdəcəm. Gizlənməyin, qaçmağın başqa sifəti var? Bir gün olmaramsa, mən bəziləri kimi sonsuz deyiləm. Oğlum var, qızım var, varislərim var... Onlar sənin şərlərini mənim üzərimdə saxlayan deyil. Sənin isə iki yolun var: ya Vətənə həsrət sürgün həyatı sürəcəksən, ya gəlib məhkəmədə mənim ünvanıma təhqir-böhtanlarına cavab verəcəksən".
KARUSEL / MƏDƏNİYYƏT
Baxılıb: 58 Tarix: 23-05-2022, 14:15



Şərh bildir
yenilə, əgər kod görünmürsə