mobil versiya

Macarıstan səfirliyi "Walk the Talk for Climate Action" tədbirində iştirak edib




Macarıstanın ölkənizdəki səfirliyi BMT-nin Azərbaycan nümayəndəliyi ilə  tərəfdaşlıqda və "Trendyol" ilə "PAŞA Holdinq"in dəstəyi ilə 2026-cı il Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində təşkil olunmuş "Walk the Talk for Climate Action"  tədbirində iştirak edib.

Macarıstan Səfirliyi bu barədə sosial media hesabında məlumat paylaşıb.

Bildirib ki, Azərbaycan Milli Məclisinin deputatı, COP29-un İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai və BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Dmitri Şlapaçenko İqlim dəyişikliyi haqqında bağlı ictimai məlumatlılığı artırmaq, cəmiyyətin bütün sektorlarını iqlim fəaliyyətinə cəlb etmək və ruhlandırmaq məqsədilə Xəzər dənizinin gözəl sahil xətti boyu gəzən iştirakçıları salamlayıb.
 



"Azərbaycanın qlobal iqlim fəaliyyətinin irəlilədilməsinə sadiqliyi nümunəvidir; bu, həm də onun idialı iqlim hədəfləri, 2024-cü ildə COP29-un uğurla təşkili, eləcə də keçən həftə keçirilən 4-cü Bakı İqlim Həftəsi ilə nümayiş etdirilir. Biz daha dayanıqlı gələcək naminə beynəlxalq dialoqu, əməkdaşlığı və kollektiv fəaliyyəti təşviq etmək səylərinə görə Azərbaycanı yüksək qiymətləndiririk".
 
 Reportyor.az 




KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 17:43