mobil versiya

Peskov Putini öldürməklə hədələyənlərə cavab verdi



“Ukrayna hərbi kəşfiyyatının Rusiya prezidenti Vladimir Putini sui-qəsdlə hədələməsi ilə bağlı bəyanatları Kiyevin terrorçu istəklərindən xəbər verir”.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov bildirib ki, təhlükəsizlik xidmətləri prezidenti qorumaqla bağlı işlərini yaxşı bilirlər: “Terror rejimi öz terror istəklərindən danışır. Xüsusi hərbi əməliyyat məqsədlərinə nail olmaqla başa çatdırılmalıdır. İnanın, bizim təhlükəsizlik xidmətlərimiz öz işlərini və nə etdiklərini bilirlər”, – Peskov qeyd edib.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski deyib ki, Ukrayna kəşfiyyatının hədəfləri arasında Putin siyahının başındadır.

KARUSEL / DÜNYA
Tarix: 25-05-2023, 14:33