mobil versiya

Azərbaycan Vokalçıları III Beynəlxalq Festivalı keçiriləcək



Dekabr ayının 15-dən 22-dək ölkəmizdə Azərbaycan Vokalçıları III Beynəlxalq Festivalı keçiriləcək.
Festivalın ideya müəllifi və bədii rəhbəri Azərbaycan Respublikasının Əməkdar artisti Ramil Qasımov festivalın keçirilməsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, Xalq artisti, dünya şöhrətli tenor Yusif Eyvazova təşəkkürünü bildirib.
Əməkdar artist artıq iki dəfə keçirilən, bu il üçüncü dəfə baş tutacaq festivalın Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının layihəsi kimi ölkəmizin bir çox mədəniyyət və incəsənət məkanlarında keçiriləcəyini vurğulayıb.
  
Festivalın açılışında müxtəlif incəsənət ustalarının, klassik ifaçıların ifası səsləndiriləcək. İlk dəfə olaraq Azərbaycan bəstəkarlarının klassik vokal üslubunda yazılan yeni əsərləri təqdim olunacaq.
Əməkdar artist Azərbaycan Vokalçıları III Beynəlxalq Festivalının təntənəli bağlanış mərasimi 22 dekabr Heydər Əliyev Mərkəzində baş tutacağını, “Viva Puççini” adlı gecədə Cakomo Puççininin operalarından əsərlər səslənəcəyini deyib.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 15-12-2023, 09:39