mobil versiya

Azərbaycanın məşhur qohumları - FOTO



Azərbaycanın mədəniyyət, incəsənət və şou-biznes aləmində bir-birindən məşhur qohumların sayı yetərincədir.

BAKU.WS sözügedən məşhurların siyahısını təqdim edir:

Canlı əfsanə, Xalq artisti Zeynəb Xanlarova əməkdar artist Mehriban Xanlarovanın bibisidir



Xalq artisti Ramiz Əzizbəyli müğənni Nurlan Əzizbəylinin əmisidir


Xalq artisti Aygün Kazımova gənc müğənni İlqarə Kazımovanın anasıdır



Qohum məşhurlardan söz düşdüsə, musiqiçilər Şahin, NurlanTərlan və Arslan Növrəsli qardaşlarını unutmaq günahdır



 
Telejurnalist Xoşqədəm Hidayətqızının həyat yoldaşı Doğuş həm Türkiyədə, həm də Azərbaycanda məşhurdur



Aparıcılar Zaur Baxşəliyev və Günay Qələndərli də məşhur cütlükləır sırasındadırlar

 
Xalq artisti Zümrüd Məmmədovanın bəstəkar qızı İlahə Qismət yetərincə tanınır
 
Xalq artisti Nazpəri Dostəliyevanın bacısı Zeynəb Dostəliyeva da tanınmış müğənnidir
 
Müğənni Gülay Zeynallı və idmançı Kamil Zeynallı məşhur cütlükdür
 
Mərhum xalq artisti Yaşar Nuri müğənni Rüfət Axundovun dayısıdır


Xalq artistləri Rəfael Dadaşovla Brilliant Dadaşova əmiqızı-əmioğludur


Rəfael Dadaşov mərhum Xalq artistləri Məlik Dadaşov və Sofiya Hüseynovanın oğludur


Müğənni Səidə Dadaşova Xalq artisti Rəfael Dadaşovun qızıdır


Xalq artisti Brilliant Dadaşovanın həyat yoldaşı Səməd Vurğun adına Rus Dram Teatrının direktoru Ədalət Hacıyevdir


Əməkdar artist Sevda Ələkbərzadə və müğənni Elmira Ələkbərzadə estradamızın məşhur bacılarıdır


Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva da anası qədər məşhurdur


Müğənni Səidə Sultan teleaparıcı Nəsib Nurun baldızıdır


Müğənnilər İlahə Fəda və Fədayə Laçın bacıdırlar
 
 "Azərbaycanfilm" kinostudiyasının direktoru Cəmil Quliyev AzTV-nin eks sədri, mərhum professor Elşad Quliyevin oğludur


Xalq artisti Mələkxanım Əyyubova müğənnilər Ramal və Vüsal İsrafilovların bibisidir


Mələkxanım həmçinin müğənni Mirkamil Kamilovun xalasıdır


Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar bacıdırlar


Əməkdar artist Elza Seyidcahanın dayısı müğənni Elnur Məmmədovun yeznəsidir 


Televiziyaçılar Elçin Əlibəyli və Oqtay Əliyev qardaşdırlar. Onlar Xalq artistləri Vidadi Əliyevlə Elmira İsmayılovanın övladlarıdır.
 
Əməkdar artist Dilarə Əliyeva televiziya prodüseri Oqtay Əliyevin həyat yoldaşıdır
 
Müğənni Elşad Qarayev Rəvan Qarayevin atasıdır

Müğənni Rəqsanə İsmayılova gənc ifaçı Aysunun anasıdır
 
Müğənni İzzət Bağırovun bacısının həyat yoldaşı tanınmış şair Vüqar Əhməddir


İzzət Bağırov gənc müğənni Almaxanım Əhmədlinin (Vüqar Əhmədin qızı) dayısıdır


Tanınmış teleaparıcılar Könül Arifqızı və Murad Arif bacı-qardaşdırlar


Söhbət qohum məşhurlardan gedirsə, əkiz müğənnilər Sevil-Sevinc bacılarını unutmaq günahdır


Sənətçilər Cabbar və Musa Musayev qardaşdırlar. Xalq artisti Niyaməddin Musayev onların əmisidir


Duet ortaqları Musa Musayev və Təranə Qumralın ər-arvad olduğunu deməyə ehtiyac yoxdur


Xalq artisti Ramiz Novruz məşhur stilist Şəfəq Novruzun atasıdır


Aktyor Cavidan Novruz da Ramiz Novruzun oğludur


Müğənni Eldəniz Məmmədovun oğlu Kamran Məmmədov da ifaçıdır


Əməkdar artist Rəhman Rəhmanov müğənni Emil Rəhmanovun atasıdır


Əməkdar artist Çingiz Əhmədovun oğlu İbrahim Çingiz atasının yolunu davam etdirir 


Əməkdar artist Rəfael İsgəndərovun oğlu Fuad vayner kimi tanınır


Azərbaycanlı şairə və musiqiçi Leyli Erol (İsrafilova) türkiyəli musiqiçi Hakan Erolla ailəlidir


Xalq artisti Firuz Əliyev müğənni Emil Bədəlovun qayınatasıdır


Müğənnilər Emil Bədəlov və Rauf Bədəlzadə əmioğludurlar


KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 7-12-2019, 18:20