mobil versiya

Afətdən Sami Yusufa mesaj: "Məndən sonra kim oxusa..."


Dünya şöhrətli azərbaycanlı müğənni Sami Yusufun Nəsiminin "Sığmazam" qəzəlini oxuması Afət Fərmanqızını dilə gətirib.

Reportyor.az BAKU.WS-ə istinadən xəbər verir ki, qəzəli biabırçı şəkildə ifa edərək tənqidlərə məruz qalan müğənni S.Yusufun layihəsini 1 günə 150 min baxış toplayan möhtəşəm layihəsinə bu sözlərlə kölgə salmağa cəhd edib:
 
"Məndən sonra kim oxusa, yenə də mənim uğurumdu. Çünki, qəzəl məndən sonra yadlarına düşdü. Mən, Nəsiminin adına bazar adı verməmişəm ki, mənim bu məsələdə fikrim önəmli olsun. O türkə və onun reklamına qoyulan pulun 10 faizini xəstə uşaqların müalicəsinə və yaxud öz müğənnilərimizə qoysanız, pis olmazdı.

Amma, nə etsəz də, xeyri yoxdu. Rekord məndədi, təkbaşıma, heç bir maliyyə dəstəyi olmadan, cəmi 200 manat pul xərcləməklə xalqa qəzəlini tanıtmışam. 5 aya 11 milyon baxış sayı toplamışam".
KARUSEL / ÖLKƏ / MƏDƏNİYYƏT
Baxılıb: 517 Tarix: 10-09-2019, 15:29


Şərh bildir
yenilə, əgər kod görünmürsə