mobil versiya

ABŞ kəşfiyyatı: "Putin uzunmüddətli müharibəyə hazırlaşır" - Hədəfdə bu ölkələr var




Putinin uzunmüddətli müharibəyə hazırlaşdığı iddia edilib.


REPORTYOR.AZ bildirir ki, bu barədə ABŞ Milli Kəşfiyyatının (DNI) direktoru Avril Haines Senatda keçirilən "Dünya miqyasında təhlükələr" adlı sessiyada çıxış edərkən deyib. O, Rusiya prezidentinin planları ilə bağlı maraqlı fikirlər irəli sürüb. 

Putinin Ukraynada "uzadılmış müharibə”yə hazırlaşdığını vurğulayan Hayns, "Ruslar Ukraynanın şərqində hərbi uğur qazansalar belə, bu müharibəni bitirməyəcəklər. Biz Putinin Donbasdan kənarda da hədəflərə çatmaq üçün uzunmüddətli müharibəyə hazırlaşdığını düşünürük”, - deyə bildirib. 

Qurum rəsmisinin qeyd etdiyi ilk bölgələr ekspertlərin əvvəllər də işarə etdiyi Moldova və Ukraynanın cənub sahilləri olub. Hayns, Putinin Dnestryanı və Odessada güclü səfərbərliyə ehtiyacının olduğunu və bunu etmədən istədiyinə nail ola bilməyəcəyini vurğulayıb.

Qeyd edək ki, bölgədən gələn son xəbərlər Ukrayna ordusunun kritik nöqtələrdə qələbə qazandığını göstərib. Bildirilib ki, Ukrayna qoşunları xüsusilə Xarkov ətrafında irəliləməyə davam edir. Ukrayna prezidenti Vladimir Zelenski rus qoşunlarının Xarkovdan tədricən geri çəkildiyini açıqlayıb: 

"Ukrayna Silahlı Qüvvələri torpaqlarımızı və xalqımızı xilas etmək üçün hər şeyi edir - Xerson, Melitopol, Berdyansk, Mariupol və bütün digər şəhərləri”.

REPORTYOR.AZ 
MANŞET / BANNER / SON XƏBƏR / KARUSEL
Tarix: 12-05-2022, 14:27