mobil versiya

Moskvada pandemiya qurbanlarının sayı 4 500-ə çatır




Rusiyanın paytaxtı Moskvada son sutkada daha 12 nəfər koronavirusdan ölüb.

"Report" xəbər verir ki, bu barədə Koronavirusla Mübarizəyə Nəzarət və Monitorinq üzrə Operativ Qərargah məlumat yayıb.

Məlumata görə, bununla da paytaxtda pandemiya qurbanlarının sayı 4 485 nəfərə çatıb.

Pandemiya ərzində Rusiyada COVID-19-a 845 minə yaxın yoluxma qeydə alınıb, 14 058 insan ölüb, 646 min pasiyent sağalıb.   

Virusa yoluxma hallarının üçdə bri - 242 mini Moskvanın payına düşür. Bununla yanaşı, paytaxtda 180 mindən çox pasiyent sağalıb.

SON XƏBƏR / DÜNYA
Baxılıb: 82 Tarix: 2-08-2020, 11:00


Şərh bildir
yenilə, əgər kod görünmürsə