Lənkəranda polislər 17 yaşlı tələbəni döyüb?
Lənkəranda polislər 17 yaşlı kollec tələbəsini döyüb.
REPORTYOR.AZ-ın Report-a istinadla xəbərinə görə, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, tələbə mayın 31-i səhər saatlarında oxuduğu kollecin qarşısında iki polis əməkdaşı tərəfindən Lənkəran Şəhər Rayon Polis Şöbəsinə aparılıb:
"Daha sonra 17 yaşlı gənc orada bir neçə polis nəfəri tərəfindən döyülüb".
Tələbə xəstəxanaya yerləşdirilib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin açıqlama verəcəyi gözlənilir.
BANNER / KARUSEL / HADİSƏ
Tarix: 1-06-2022, 17:17