mobil versiya

Artıq “Tik Tok”da alış-veriş etmək mümkün olacaq



“Tik Tok” sosial şəbəkəsində məhsulların alınması və satışı üçün test funksiya işə salınıb.
Belə ki, Pekində yerləşən şirkət ABŞ-ın bir neçə iri müəssisəsinə öz məhsullarını birbaşa “Tik Tok” proqramı vasitəsilə satmağa imkan verəcək yeni funksiyanı sınaqdan keçirmək üçün müraciət edib.
ABŞ-dan olan satıcılar artıq “Tik Tok Shop”u sınaqdan keçirməyə başlayıblar.
Tezliklə digər məşhur beynəlxalq şirkətlərin də bu funksiyaya qoşulmağı planlaşdırdığı qeyd edilir.
Mənbə: Ferra

CƏMİYYƏT
Tarix: 13-11-2022, 14:54