mobil versiya

İnsan Hüquqları Şurasında Mərakeşin ərazi bütövlüyünə yenidən dəstək



40 ölkədən ibarət Mərakeşin Ərazi Bütövlüyünə Dəstək Qrupu Ceneverədə İnsan Hüquqlar Şurası (İHŞ) qarşısında Cənub Əyalətləri üzərində Krallığın tam suverenliyini və Krallıq tərəfindən Mərakeş Saharası münaqişəsinin həlli istiqamətində ciddi cəhdlərini dəstəklədiyini bir daha ifadə edib.

BƏƏ nümayəndə heyəti tərəfindən İHŞ-nın 51-ci sessiyası zamanı diqqətə çatdırılan bəyanatda Dəstək Qrupu bildirib ki, Sahara məsələsi siyasi mübahisədir və bu regional münaqişənin yekunu olaraq Mərakeşin təqdim etdiyi muxtariyyət təşəbbüsü BMT Təhlükəsizlik şurası tərəfindən “etibarlı və ciddi” siyasi həlli hesab edilir.

Bəyanat Dahla və Laayun şəhərlərində bir neçə Baş Konsulluqların açılmasını alqışlayaraq, bu açılışların yerli əhalinin rifahı, regional və qitə səviyyəli inkişaf üçün iqtisadi əməkdaşlığa və investisiyalara ciddi təkan verəcəyini bildirib.

Bu regional münaqişənin həllinin inteqrasiya və inkişaf baxımından Afrika və ərəb xalqlarının legitim niyyətlərinə çatmasına töhfə verəcəyini bildirən qrup Ceneverədə keçirilən iki dəyirmi masa zamanı təşəkkül tapmış format əsasında, BMT Təhlükəsizlik Şurasının qətnamələri, o cümlədən 2021-ci ildə qəbul edilən 2602 saylı qətnaməyə uyğun olaraq,  siyasi,  realistik,  praqmatik və dayanıqlı, qarşılıqlı güzəşt əsaslı həlli özündə ehtiva edən, müstəsna olaraq BMT tərəfindən rəhbərlik ediləcək siyasi prosesin yenidən bərpası istiqamətində BMT Baş Katibinin yeni Şəxsi Nümayəndəsi Staffan De Misturanın cəhdlərini alqışlayıb. Qrup xüsusilə vurğulayıb ki, öz ərazisində insan haqlarının təbliği və onlara riayət edilməsi məqsədilə Mərakeş uzun illər ərzində BMT-nin insan haqları sistemi ilə, xüsusən İnsan Haqları üzrə Ali Komissarla konstruktiv, könüllü və əsaslı qarşılıqlı fəaliyyətdə olub.  Bəyanatda bildirilir ki, Təhlükəsizlik Şurası Dahla və Laayunda olan milli və regional İnsan Hüquqları Komissiyalarının, Mərakeş və BMT İnsan Hüquqları Şurasının mexanizmləri arasında qarşılıqlı fəaliyyətin Mərakeş Saharası ətrafında mövcud olan süni münaqişənin həllində oynadığı rolu alqışlayır.

Reportyor.az


DÜNYA
Tarix: 14-09-2022, 15:28