Müharibə səbəbindən ukraynalıların 40 faizdən çoxu işsiz qalıb
Fevralın 24-dən başlayan müharibə səbəbindən ukraynalıların 40 faizdən çoxu işini itirib.
AZƏRTAC Ukrinform agentliyinə istinadla xəbər verir ki, hazırda ölkə sakinlərinin yalnız 22,7 faizi işləyir və tam həcmdə əməkhaqqı alır. Təxminən bir o qədər də ukraynalı (22,5 faiz) azaldılmış əməkhaqqı alaraq işləməyə davam edir. Eyni zamanda, 40 faizdən çox ukraynalı kompaniyaların fəaliyyətinin dayanması (19 faiz), vəzifələrinin ixtisara düşməsi (10,9 faiz), başqa regiona köçməsi (11 faiz) səbəbindən işsiz qalıb.
Sosioloji sorğu nəticəsində, həmçinin məlum olub ki, işləməkdə davam edənlərin təxminən yarısı (52 faizi) əmək haqqının miqdarının qaneedici olmaması, kompaniyaların qeyri-stabilliyi, yaxud əmək şəraiti ilə əlaqədar yeni iş yeri axtarışındadır.
DÜNYA
Tarix: 15-09-2022, 17:23