Ukraynalılara çağırış edildi: “Elektikdən istifadəni azaldın, enerji sektoru üçün ən çətin axşamdır”
Ukrayna sakinlərindən bu gün pik saatlarda - saat 17:00-dan 23:00-a qədər enerji sistemini yükləməmələri istənilib.
Bu, Ukraynanın kritik infrastruktur obyektlərinə Rusiyanın kütləvi raket hücumları ilə əlaqədardır.
Bu barədə Prezident Ofisi rəhbərinin müavini Kirill Timoşenko məlumat verib.
“Ukraynanın bütün sakinlərinə müraciət! Axşam saat 17:00-dan 23:00-a qədər elektrik enerjisi istehlakını mümkün qədər azaldın ki, bu müvəqqəti çətinliklərin öhdəsindən birlikdə gələ bilək”, - deyə o, ukraynalılara çağırış edib.
Ali Radanın Energetika və Mənzil-Kommunal Xidmətləri Komitəsinin sədri Andrey Qerus öz növbəsində hansı avadanlıqların söndürülməli olduğunu barədə məlumat verib.
Onun sözlərinə görə, bu gecə, oktyabrın 10-u Ukraynanın enerji sektoru üçün ən çətin axşamlardan biridir.
“Bu gecə daha az elektrik istifadə edə bilsəniz, bu, elektrik sisteminə çox kömək edəcək. Həmçinin elektrik enerjisinin təcili söndürülməsi ehtiyacını azaldacaq”, - deyə o vurğulayıb.
Qerusun sözlərinə görə, elektrik qızdırıcıları, mətbəx elektrik sobası, mikrodalğalı soba, paltaryuyan maşın, elektrik çaydanı (qəhvə dəmləyən), ütü, qabyuyan maşın,
kondisioner, şarj cihazları, tozsoran, kompüter, televizor kimi elektrik cihazlarının söndürülməsi önəmli əhəmiyyət kəsb edir.
Bu axşam belə cihazların istifadəsini minimuma endirmək və əvəzində gecə və ya günün nahar vaxtı istifadə etmək məsləhət görülüb.
Həmçinin bildirilib ki, axşam saatlarında işıqlandırmadan daha qənaətlə istifadə enerji sistemindəki yükü yüngülləşdirəcək.
“Bu gecə və növbəti bir neçə gün ərzində gəlin 17:00-23:00 saatlarında elektrik enerjisi istehlakını minimuma endirmək üçün əlimizdən gələni edək”, - deyə Qerus qeyd edib.
Bununla yanaşı vurğulanıb ki, energetiklər artıq enerji sisteminin dayanıqlı, etibarlı və fasiləsiz işinin təmin edilməsinə çalışırlar.
Mənbə: UNİAN
oxu.az
DÜNYA

Tarix: 11-10-2022, 10:00