Avstraliyada dünyanın ən böyük su elektrik stansiyası tikiləcək
Avstraliyanın Kvinslend ştatında 2035-ci ilə qədər dünyanın ən böyük su elektrik stansiyasının tikintisi planlaşdırılır.
“Layihə qlobal bərpa olunan enerji siyasətinin ön sıralarındadır. Biz bilirik ki, Kvinslendlilər iqlim dəyişikliyindən narahatdırlar və bu gün hökumət bu problemin həlli istiqamətində qətiyyətli addım atır”, - deyə Kvinslendin baş naziri Anastasia Palasçuk jurnalistlərə bildirib.
Məlumata görə, layihə Kvinslendin 62 milyard dollarlıq enerji islahatları planının bir hissəsidir.
Qeyd olunur ki, nasosla işləyən su elektrik stansiyaları elektrik enerjisinə olan tələbatı tənzimləmək qabiliyyətinə malikdir.
Mənbə: 1prime.ru
DÜNYA
Tarix: 29-09-2022, 10:00