mobil versiya

Putin AAİŞ sammitində iştirak etmək üçün Bişkekdə səfərdədir



Rusiya Prezidenti Vladimir Putin Qırğız Respublikasının paytaxı Bişkek şəhərində səfərdədir.
Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidməti məlumat yayıb.
Məqsəd Qırğız Respublikasının sədrliyi ilə keçiriləcək Ali Avrasiya İqtisadi Şurasının (AAİŞ) iclasında iştirak etməkdir.
Xatırladaq ki, bir gün əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko da Bişkekə gəlib.
Qeyd edək ki, AAİŞ liderləri digər məsələlərlə yanaşı, ümumi qaz bazarının formalaşdırılmasını müzakirə edəcək və Birləşmiş Ərəb Əmirlikləri ilə Azad Ticarət Zonasının yaradılması üzrə danışıqlar prosesinin başlanmasını təsdiq edəcəklər. İclas zamanı Rusiya, Qazaxıstan və Özbəkistan arasında “üçlü qaz ittifaqı” mövzusuna da toxunulacağı da istisna olunmur.

DÜNYA
Tarix: 9-12-2022, 10:37