mobil versiya

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası Gürcüstanda regional təsis yaradacaq


Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası Gürcüstanın Rustavi rayonunda fövqəladə hallar zamanı fəlakətlərə hazırlıq və cavab vermə üzrə regional təsis yaradılmasını planlaşdırır. APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Qırmızı Xaç Cəmiyyətindən məlumat verilib. Bildirilib ki, bütün Cənubi Qafqaz ölkələrinə xidmət etməsi planlaşdırılan təsisin tikilməsi məsələsi bu gün Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının vitse-prezidenti Kerem Kinnikin Gürcüstana işgüzar səfəri çərçivəsində yerli hökümət nümayəndələri ilə görüşündə müzakirə ediləcək.
Məsələ ilə bağlı bu gün saat 15:00-da Kvemo Kartli Regional Administrasiyasında anlaşma memorandumu imzalanacağı bildirilib.
 #qızılxaç  #1ızılayparacəmiyyəti
Səid Babazadə  /APA/





DÜNYA / CƏMİYYƏT
Tarix: 29-08-2019, 11:23