Britaniya kəşfiyyatı: “Krım körpüsünün zədələnməsinə görə Rusiyanın təchizat problemləri artır”
“Rusiya üçün Ukraynanın cənubunda öz qrupunun təchizatını təmin etmək getdikcə çətinləşir. Bu, Krım körpüsündə təxribatın nəticələri ilə əlaqədardır”.
Bu barədə Britaniya kəşfiyyatının Ukraynadakı müharibə ilə bağlı oktyabrın 17-nə olan icmalında bildirilib.
“Oktyabrın 8-də Krım körpüsünün zədələnməsindən sonra Ukraynanın cənubundakı Rusiya qüvvələri üçün maddi-texniki problemlər daha da artıb. Bərpa işləri davam edir, körpü qismən hərəkətə açıqdır, lakin bir çox yük maşınları hələ də keçid üçün növbə gözləyir”, - deyə icmalda qeyd edilib.
Bu səbəbdən də Ukraynanın cənubundakı hərbi qüvvələrin ehtiyaclarının ödənməsi üçün Rusiya Mariupol vasitəsilə quru yolu çatdırılmalarının intensivliyi artırır.
Kəşfiyyat qeyd edir ki, Xerson istiqamətində çoxlu qoşunların olması və Krım vasitəsilə tədarükün çətinləşməsi səbəbilə bu marşrut rusiyalılar üçün getdikcə daha çox əhəmiyyət kəsb edir. “Melitopol logistika marşrutlarının mərkəzidir və orada nəzərəçarpacaq dərəcədə Rusiya aviasiyasının mövcudluğu müşahidə olunur”, - deyə mətndə əlavə edilib.
Mənbə: Yevropeyskaya pravda
GÜNDƏM
Tarix: 18-10-2022, 16:22