Suriya ordusu İdlibdə atəşi dayandırmağa razılıq verib
Suriya Silahlı Qüvvələrinin Komandanlığı İdlibdə atəşi dayandırmağa razılıq verib. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə hərbi nümayəndə "SANA" agentliyinə deyib.Nümayəndə bildirib: "Suriya ordusu şimali deeskalasiya zonasında şənbə günü 07:00-dan sonra atəşi dayandıracaq, lakin terrorçular tərəfindən atəşkəs rejimi pozularsa ordu buna cavab verəcək".
GÜNDƏM / SİYASƏT / DÜNYA
GÜNDƏM / SİYASƏT / DÜNYA
Tarix: 31-08-2019, 08:23