Roza Zərgərli: “Subay qızam, yenidən ailə həyatı quraram”
Müğənni Roza Zərgərli şəxsi həyatı ilə bağlı bəzi açıqlamalar verib.
“Mtv “kanalında yayımlanan “Ziq-zaq” verilişinə qonaq olan ifaçı boşanmasından danışıb. Hazırda bütün həyatını övladlarına həsr edən Zərgərli yenidən ailə həyatı qura biləcəyini də istisna etməyib:
“Keçmiş həyat yoldaşımla heç bir əlaqəmiz yoxdur. Subay qızam. Artıq uşaqlarımın şəxsi həyatı ilə məşğul oluram. Mənə hərdən yazırlar ki, "Sənə xəyanət edənin ağlı yoxdur". Cavab olaraq deyərdim ki, hətta Cey Loya da xəyanət ediblər. Dünyada Monika Belluççidən gözəl xanım yoxdur, amma o da xəyanətlə üzləşib. Bu, həyatdır. Hamımız insanıq. Bitdi, getdi. Qarşıda yaxşı şeylər var. Yenidən ailə həyatı quraram. O insan güclü olmalıdır. Sözsüz ki, hər insan kimi mən də güclü olmaqdan yorulmuşam. Hərdən istəyirəm ki, çox zəif olum”.
İfaçı həyat yoldaşından ayrılarkən övladlarının əvvəl ona etiraz etdiyini, daha sonra isə həqiqəti dərk etdikləri üçün anaları Rozaya haqq verdiklərini qeyd edib.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 14-08-2021, 12:00