mobil versiya

Bakıda gecə güclü külək nəticəsində ağac aşıb




Ötən gün baş verən güclü külək nəticəsində gecə ərzində bir ağac aşıb.

REPORTYOR.AZ xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən açıqlama verilib.

Məlumata görə, hadisə Nəsimi rayonu ərazisində baş verib. Fəsadlar aradan qaldırılıb.

Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında noyabrın 24-ü günün ikinci yarısından 25-i gündüzədək güclü şimal-qərb küləyi müşahidə edilib. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enib.
KARUSEL / ÖLKƏ
Tarix: 25-11-2021, 12:21