Vilayət Eyvazov iki vəzifəli şəxsi nöqsanlara görə işdən çıxartdı
Şəmkir Rayon Polis Şöbəsində vəzifəli şəxslər nöqsanlara görə işdən çıxarılıb.
REPORTYOR.AZ “oxu.az”a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, şöbənin xidmət üzrə rəis müavini polis polkovniki İlqar Əliyev və İctimai Təhlükəsizlik Bölməsinin rəisi polis mayoru Vüqar Məmmədov vəzifələrindən azad edilib.
Nazirin digər əmri ilə, İ.Əliyev Bərdə Rayon Polis Şöbəsinin müstəntiqi, V.Məmmədov isə həmin şöbədə sahə müvəkkili təyin olunub.
KARUSEL / ÖLKƏ
Tarix: 2-12-2021, 15:00