mobil versiya

Vilayət Eyvazov rəisi işdən azad etdi - Yeni təyinat




Dövlət Yol Polisində (DYP) növbəti kadr dəyişikliyi olub.

REPORTYOR.AZ "unikal.org”a istinadən xəbər verir ki, bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Qaradağ Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi, polis mayoru Vüqar Orucov tutduğu vəzifədən azad olunub.

Nazirin digər əmri ilə polis polkovnik-leytenantı Rafiq Məmmədov Qaradağ rayon DYP-nin rəisi təyin olunub.

Qeyd edək ki, o, bu təyinatadək Suraxanı DYP-nin rəisi vəzifəsində çalışıb.
SON XƏBƏR / KARUSEL
Tarix: 11-06-2021, 10:15