mobil versiya

Maşına nömrə əvəzinə “Unut məni” yazdıran sürücü axtarılır - VİDEO



Azərbaycanda yük maşınının magistralda yol hərəkəti qaydalarını kobud şəkildə pozması ilə bağlı görüntülər sosial şəbəkədə yayımlanıb. 

REPORTYOR.AZ 
oxu.az-a istinadən xəbər verir ki, görüntülərdə yük maşının sürücüsünün dövlət nömrə nişanının üzərini bağlayan, üzərində “Unut məni” sözləri yazılan lövhə asıldığı əks olunub.

Bundan başqa, yük maşının üzərinə normadan artıq yük yığıldığı da diqqətdən yayınmayıb. Bu, digər hərəkət istifadəçiləri üçün təhlükə deməkdir.

Saatda 110 km/sürət həddi qoyulan yolda hərəkət edən yük maşını yol polisi əməkdaşlarının yanından keçsə də, ona fikir verən olmayıb.  

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev məsələ ilə açıqlamasında bildirib ki, məsələ araşdırılacaq:

“Videogörüntülərə baxış keçirilib. Bu faktla bağlı araşdırma aparılır. Araşdırmanın yekununda məsələyə hüquqi qiymət veriləcək”.

[media=//baku.tv/az/hadise/10482/]
KARUSEL / ÖLKƏ
Tarix: 7-10-2019, 18:16