mobil versiya

Bu şəxslərə hər ay 80 manat VERİLƏCƏK - Nazir ELAN ETDİ - VİDEO




Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev gündəmdə olan məsələlərlə bağlı jurnalistlərə açıqlama verib. Nazir "müharibə veteranı" təqaüdünün təyin edilməsi ilə bağlı son tarixi açıqlayıb. Həmçinin Birinci Qarabağ Müharibəsi əlillərinə veriləcək birdəfəlik ödənişlərdən də danışıb. Bu arada ''himayədar ailə'' institunun detalları da açıqlanıb.

"Müharibə veteranı" təqaüdünün təyin edilməsi ilə bağlı işlərin gələn ayın ortalarına kimi tam sona çatması planlaşdırlır. Bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. O bildirib ki, 6 qurum artıq ''müharibə veteranı'' adı alan şəxslərin siyahısını təqdim edib və bu şəxslərə nazirlik tərəfindən təqaüdlərin ödənilməsinə başlanıb.

Nazir Vətən müharibəsinin könüllülərinə veteran statusunun verilməməsi ilə bağlı yayılan iddialara da aydınlıq gətirib. Qeyd edib ki, burada hər hansı könüllü və ya qeyri könüllü kateqoriyası yoxdur. Həmin şəxslərin "Müharibə veteranı" statusunu müəyyən edən xidmət keçdiyi və ya işlədiyi qurumdur. Təqaüdlər sistemə daxiledilmə vaxtından asılı olmayraq yanvarın 1-dən hesablanaraq veriləcək. Nazir I Qarabağ müharibəsi əlillərinə veriləcək birdəfəlik ödənişlərlə bağlı da danışıb.

Ötən il ölkə başçısı tərəfindən imzalanan böyük sosial islahat paketindən danışan nazir bildirib ki, yanvardan qüvvəyə minən son sosial islahat paketi 3 milyon 400 min insanı əhatə edir. 2,1 milyard manat olan paketin il ərzində icrası aparılacaq

Sahil Babayev "Himayədar ailə" institutunun detallarını da açıqlayıb. Bildirib ki, dövlət həmin "Himayədar ailə"lərə sosial dəsdək göstərəcək. Bütün hallarda əsas məqsəd valideyn himayəsindən məhrumolma təhlükəsi ilə üzləşən uşağın ailəsində qalmasını bu cür dəsdək paketləri ilə təmin etməkdir. Bu alınmadıqda isə gedişata uyğun addımlar atılacaq

Qeyd edək ki, bu uşaqlarla bağlı elektron sistem yaradılıb. Həmin sistem vasitəsi ilə uşaqların vəziyyəti daim izlənəcək.
KARUSEL / SOSİAL
Tarix: 24-02-2022, 11:00