mobil versiya

Rusiya ordusu Ukraynanın daha bir şəhərini ələ keçirib - FOTO




Ukraynanın Sumı vilayətinin Trostyanets şəhəri Rusiya ordusu tərəfindən ələ keçirilib.

REPORTYOR.AZ-ın UNİAN-a istinadla məlumatına görə, bu barədə Sumı Regional Dövlət Administrasiyasının rəhbəri Dmitri Jivitski məlumat verib.

Onun sözlərinə görə, hazırda təcili yardım yarımstansiyasına Rusiya hərbçiləri nəzarət edir.

"Onlar həkimlərin çağırışa getməsinə icazə vermirlər, yalnız fövqəladə hallarda uşaqlara görə icazə verirlər. Həkimlərə xəbərdarlıq edilib ki, özləri getsələr, güllələnəcəklər. Başqa yaşayış məntəqələrindən təcili yardım maşınını buraxmırlar", - deyə Jivitski bildirib.
KARUSEL / DÜNYA
Tarix: 3-03-2022, 17:00