mobil versiya

İlham Əliyev: "Bir il ərzində xarici borcu təqribən 600 milyon dollardan çox aşağı sala bilmişik"




"Xarici ticarət dövriyyəmiz artıb və xarici dövlət borcumuz azalıb".

REPORTYOR.AZ xəbər verir ki, bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.

"Əgər keçən ilin aprel ayı ilə müqayisə etsək, görərik ki, keçən ilin aprelində xarici dövlət borcumuz ümumi daxili məhsulun 18 faizini təşkil edirdi, hazırda cəmi 12,5 faizini təşkil edir. Yəni, biz bir il ərzində xarici borcu təqribən 600 milyon dollardan çox bir səviyyədə aşağı sala bilmişik", - deyə ölkə başçısı vurğulayıb.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 12-04-2022, 19:00