mobil versiya

İlham Əliyev: “Azərbaycan qazına olan tələbat kəskin artıb”



“Azərbaycan qazına olan tələbat kəskin artıb”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsinin açılış mərasimində bildirib.

Dövlət başçısı hər il Bakıda Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurasının iclaslarının keçirildiyini xatırladıb.

“SGC artıq işləyir, indi yeni körpülər, yeni əlaqələr, interkonnektorlar üzərində işləmək, Avropanın qaz bazarında iştirakımızı genişləndirmək üzərində düşünməliyik. Bu gün, iyunun 1-nə olan vəziyyət tamamilə fərqlidir. Azərbaycan qazına olan tələbat kəskin artıb və əlbəttə ki, bu, nəzərə alınmalıdır.

Eyni zamanda, bizim potensial istehlakçılarımız başa düşməlidirlər ki, bir ilə böyük həcmdə qaz hasil etmək mümkün deyil, bunun üçün müqavilələr olmalı, danışıqlara başlanılmalı və sürətləndirilməlidir. İstehsalı artırmaq və mövcud infrastrukturu genişləndirmək üçün ənənəvi tərəfdaşlarımız olan enerji şirkətləri ilə işləmək lazımdır”, - Prezident bildirib.
KARUSEL / İQTİSADİYYAT
Baxılıb: 64 Tarix: 1-06-2022, 10:25



Şərh bildir
yenilə, əgər kod görünmürsə