mobil versiya

Meymunçiçəyi kimlər üçün təhlükəli deyil? - AÇIQLAMA




“1980-ci ildən əvvəl doğulmuş bütün insanlar üçün meymunçiçəyi virusu təhlükəli deyil”.

REPORTYOR.AZ oxu.az-a istinadən xəbər verir ki, bu sözləri gürcüstanlı mütəxəssis, İaşvili adına Mərkəzi Uşaq Xəstəxanasının tibbi direktoru İvane Çxaidze bildirib.

“Əminliklə deyə bilərik ki, 1980-ci ildən əvvəl doğulmuş şəxslər meymunçiçəyi xəstəliyindən qorunur. Onlar bu virusa qarşı suçiçəyi peyvəndi ilə peyvənd olunublar”, - deyə o press-konfransda açıqlayıb.

O, qeyd edib ki, Gürcüstanda hələ də meymunçiçəyi xəstəliyi aşkar edilməyib. Yaxın vaxtlarda Gürcüstanda meymunçiçəyi üçün testlər tətbiq ediləcək:

“Son iki həftə ərzində vurğulanan iki problem - uşaqlar arasında mənşəyi naməlum hepatit C və yeniyetmələr arasında meymunçiçəyinin yayılması mütləq müvafiq laboratoriya təsdiqini tələb edir”.

Mütəxəssislər bu xəstəlikdən xüsusilə təsirlənə biləcək insanlar kateqoriyasını ayırırlar - bunlar hamilə qadınlar, xərçəng xəstələri, həmçinin 8 yaşdan kiçik uşaqlardır.
KARUSEL / GÜNDƏM
Tarix: 3-06-2022, 10:20