mobil versiya

Azərbaycan hərbçisi elektrik cərəyanının vurması nəticəsində ölüb




Azərbaycan hərbçisi elektrik cərəyanının vurması nəticəsində ölüb

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əliyarov Riyad Məmməd oğlu iyunun 13-də Kəlbəcər rayonu ərazisində elektrik cərəyanının vurması nəticəsində ölüb.

Bu barədə REPORTYOR.AZ-a Hərbi Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əliyarov Riyad Məmməd oğlunun 13 iyun 2022-ci il tarixdə Kəlbəcər rayonu ərazisində elektrik cərəyanının vurması nəticəsində ölməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna daxil olmuş məlumat əsasında əməkdaşlar tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınmış, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri hərəkətlər icra edilmişdir.

Fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin olunacaqdır.

KARUSEL / ÖLKƏ
Tarix: 14-06-2022, 12:30