mobil versiya

Mənzil hədiyyə edilən qazi ilə Milli Qəhrəmanın qızının toyundan GÖRÜNTÜLƏR - FOTO/VİDEO




Ötən gün Vətən müharibəsi qazisi Denis Quzlayevlə Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun qızı Regina Kovalyova ailə həyatı qurublar.

Paytaxt retsoranlarından birində təşkil edilən mərasim zamanı cütlüyə mənzil hədiyyə edilib. 

Bu haqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov sosial şəbəkə paylaşımında bildirib:

“Onların şad günlərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən gənc ailəyə yeni mənzil təqdim edildi. Xoş günlər yaşasınlar!”.

"Real TV" əməkdaşları cütlüyün toyunda iştirak ediblər. Onlar mərasimdən maraqlı kadrlar lentə alıblar. Cütlük xoş gününü "Real TV" əməkdaşları ilə bölüşüb.





KARUSEL / ÖLKƏ
Tarix: 16-06-2022, 11:00