Hollandiya da Rusiyanı terroru himayə edən dövlət kimi tanıdı
Hollandiya parlamentinin aşağı palatası Rusiyanı Ukraynadakı hərbi əməliyyatları ilə əlaqədar terrorizmin himayədarı dövlət kimi tanıyıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə NOS telekanalı məlumat yayıb.
“Yaşıl Sollar” partiyasının nümayəndəsi Tom Van der Li tərəfindən təqdim olunan qanunvericilik təşəbbüsü VVD, D66, ChristenUnie, PvdA və CDA daxil olmaqla parlament partiyalarının böyük əksəriyyəti tərəfindən dəstəklənib.
Millət vəkili Van der Li bu məsələdə Avropa Parlamentindən nümunə götürməyi təklif edib. Sənəddə bildirilir ki, Rusiya ordusunun qəsdən mülki hədəflərə hücum etdiyi göstərilib.
Xarici işlər naziri Vopke Hukstra Rusiyanın terrorizmin sponsoru kimi tanınmasının Hollandiya üçün ciddi nəticələr törətməyəcəyini açıqlaması diqqət çəkib.
KARUSEL / GÜNDƏM / DÜNYA / HADİSƏ

Tarix: 25-11-2022, 10:15