İlahiyyat İnstitutunun dekanı xurafatın yayılmasının səbəblərini açıqlayıb
"Xurafatın ən başlıca səbəbi cahillikdir. Din adına uydurulmuş məlumatlar, müqəddəs kitablardakı dəyişikliklər də xurafatın yaranma səbəbləri sırasındadır".
"Report" xəbər verir ki, bunu Azərbaycan İlahiyyat İnstitutunun dekanı Elnurə Əzizova "Dini radikalizm və xurafatla mübarizədə qadınların yeri və rolu" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, sabiq mədəniyyətlərə aid yalnış inancların yeni dinə daxil edilməsi xurafatın yaranmasına rəvac vermiş olur: "Bu sahədəki mübarizəyə kişilərlə yanaşı qadınların da cəlbini düzgün hesab edirik. İnkişaf etmiş ölkələrdə qadınlarla kişilərin təhsil səviyyəsi də bərabərdir. Təhsilli və nüfuzlu qadınların sayı nə qədər çox olsa, problemlərin həlli istiqamətində bir o qədər müsbət irəliləyişlərə nail ola bilərik".
KARUSEL / CƏMİYYƏT
Tarix: 13-12-2022, 12:01