mobil versiya

Ötən 10 ay ərzində 5 tona yaxın narkotik vasitə götürülüb


"Ötən 10 ay ərzində 5 tona yaxın narkotik vasitə götürülüb. Əksəriyyəti isə güclü təsirə malikdir".
Bunu Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupun rəhbərinin müavini Tanrıverdi Aydınov mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, narkotik istifadəçilərinin 95 faizi məlumatsızlıqdan bu yola düşür. Narkotacirlər ölkəmizin ərazisindən tranzit kimi istifadə etmək istəyirlər. Dövlət isə lazım olan bütün addımları atır".
Tanrıverdi Aydınov cari ildə narkotiklə mübarizədə 212 tədbir təşkil etdiklərini söyləyib: "98 təhsil müəssəsində bu məsələ ilə bağlı maarifləndirmə işləri aparılıb. Cəzaçəkmə müəssələrində də belə tədbirlər həyata keçirilib. Bəzi şəxslər narkotikdən istifadə edənlər haqqında məlumat vermək istəmirlər. Amma 802 qaynar xəttinə 2900 müraciət daxil olub".

KARUSEL / HADİSƏ
Tarix: 20-12-2022, 13:51