Aİ "Taliban"ın əfqan qadınlarının universitetlərdə təhsil almasını qadağan etmək qərarını pisləyir
"Taliban" tərəfindən idarə olunan Əfqanıstanın Ali Təhsil Nazirliyi qızların universitetlərə və digər ali təhsil müəssisələrinə daxil olmasını dünəndən qadağan edib.
"Taliban"ın son addımını qətiyyətlə pisləyən Avropa İttifaqınin xarici siyasət rəhbəri Josep Borrell deyib ki, gender təqibi insanlığa qarşı cinayətdir.
Qeyd edək ki, Əfqanıstanda 2021-ci ilin sentyabrından qızların orta təhsili qadağan edilib.
UNICEF-in avqust ayında açıqladığı hesabata görə, Əfqanıstanda qızların orta təhsildən məhrum olması faktı son 12 ayda ölkə iqtisadiyyatına ən azı 500 milyon ABŞ dolları zərər vurub ki, bu da ÜDM-in 2,5 faizini təşkil edir. Hesabatda əlavə edilib ki, üç milyon qız təhsilini başa vurub iş gücünə daxil ola bilsəydilər, Əfqanıstan iqtisadiyyatına ən azı 5,4 milyard dollar əlavə etmiş olardılar.
Bazar ertəsi BMT-nin Baş katibi Antonio Quterreş Əfqanıstanda insan haqlarının, xüsusilə qadın və qızların hüquqlarının, qadınların işləmək hüququnun, qızların bütün səviyyələrdə məktəbə getmə hüququnun təmin edilməsinin vacibliyini vurğulayıb. "Bizdə müxtəlif etnik qruplar var və bütün etnik qrupların təmsil olunması vacibdir. İnsan hüquqları ilə bağlı ikinci aspekt, xüsusilə qadın və qızların hüquqları, qadınların işləmək hüququ, qızların ümumiyyətlə məktəbə getmə hüququ. ayrı-seçkilik olmadan səviyyədədir”, - deyə BMT rəhbəri mətbuat konfransında bildirib.
KARUSEL / DÜNYA

Tarix: 22-12-2022, 15:09