mobil versiya

"Bu il ilk dəfə Şuşa şəhərində BMT bayrağı dalğalandırılıb" -nazir



"Bu il ilk dəfə Şuşa şəhərində BMT bayrağı dalğalandırılıb".
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov keçirdiyi mətbuat konfransında deyib.
Nazir xatırladıb ki, bu il Azərbaycanın BMT-yə üzvlüyə qəbulunun 30 ili tamam oldu.
O bildirib ki, bu il ilk dəfə Şuşa şəhərində BMT bayrağı dalğalandırılıb:
“Hesab edirəm ki, bu, tarixi hadisədir".
Nazir bildirib ki, Azərbaycanın xarici siyasəti milli təhlükəsizlik və sosial inkişaf üçün əlverişli xarici mühitin yaranmasına yönəlib.

KARUSEL / GÜNDƏM
Tarix: 27-12-2022, 16:11