mobil versiya

Strateji valyuta ehtiyatlarımız 60 milyard dollara çatır



Profisitli tədiyə balansı şəraitində ölkənin strateji valyuta ehtiyatları 11 ayda 12.3% və ya 6.5 mlrd. ABŞ dolları artaraq 59.8 mlrd. ABŞ dollarına çatıb.
Bu barədə Mərkəzi Bankının 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında deyilir.
Qeyd edilir ki, yaranan yeni qlobal iqtisadi reallıqların ölkə iqtisadiyyatına təsirləri birtərəfli olmayıb. Bir tərəfdən yüksək qlobal əmtəə qiymətləri və daşınma-logistika xətlərində problemlərin artması Azərbaycanda da inflyasiya təzyiqlərini artırmışdır. Digər tərəfdən Azərbaycanın əsas ixrac məhsullarının bahalaşması ölkənin tədiyə balansına, valyuta bazarında tarazlığa və iqtisadi aktivliyə pozitiv təsir göstərib.
"9 ayda tədiyə balansının cari əməliyyatlar hesabında ümumi daxili məhsulun (ÜDM) 30.7%-i səviyyəsində profisit yaranmışdır. Sonrakı aylarda da xarici sektorda müsbət proseslər davam etmişdir. Ümumilikdə ilin 11 ayında tədiyə balansının əsas komponenti olan xarici ticarət balansında 23.5 mlrd. ABŞ dolları məbləğində və ya ötən ilin müvafiq dövrünə nəzərən 2.5 dəfə çox müsbət saldo yaranmışdır.
Profisitli tədiyə balansı şəraitində ölkənin strateji valyuta ehtiyatları 11 ayda 12.3% və ya 6.5 mlrd. ABŞ dolları artaraq 59.8 mlrd. ABŞ dollarına çatmışdır".

KARUSEL / İQTİSADİYYAT
Tarix: 30-12-2022, 09:43