Cari ildə dünya bazarında neft qiyməti sabit olacaq
Cari ildə dünya bazarında “Brent” markalı neftin 1 barelinin qiyməti minimum 100 dollar, maksimum isə 137 dollar həcmində olacaq.
“Al-Eqtisadiya” qəzeti xəbər verir ki, 2023-cü ildə alternativ enerji mənbələrinə daha çox üstünlük veriləcək. Bu səbəbdən də neft sənayesinə yatırılan investisiyaların həcmində azalma müşahidə olunacaq ki, bu da neft hasilatının azalmasına gətirib çıxaracaq.
Qəzet İqtisadi İnformasiyanın İdarə Edilməsi (EİA) beynəlxalq təşkilatının hesablamasına əsaslanaraq yazır ki, dünya bazarının neftə olan tələbatının 30 faizini OPEC dövlətləri, 12 faizini ABŞ, 11 faizini isə Rusiya ödəyirdi (qalan hissəsini Azərbaycan, Venesuela, İraq, Nigeriya, Anqola və sair ölkələr). Səudiyyə Ərəbistanı bazardakı balansı qorumaq istiqamətində yürütdüyü siyasəti davam etdirəcək. Rusiya sanksiyalara məruz qalaraq hasilatı azaltmaq məcburiyyətindədir. Yalnız ABŞ istehsalı artıracaq ki, bu da bazardakı kəsiri tamamlayacaq.
Təşkilatın analitikləri bildirir ki, dünya bazarında Rusiyanın yerini ABŞ tutacaq və bu da balansın qorunmasına və neftin 1 barelinin qiymətinin maksimum 137 dollar həcmində qalacağını deməyə əsas verir.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 6-01-2023, 17:02