Latviyalı diplomat Latviyaya həsr olunmuş tədbirdə iştirak edib
Bakı şəhəri 276 №-li tam orta məktəbdə OCEP layihəsi çərçivəsində Latviyaya həsr olunmuş tədbir keçirilib.
"Reportyor.az" xəbər verir ki, məktəblilər Latviyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili xanım Viya Buşa və digər qonaqları gül-çiçəklə qarşılayıb.
Tədbirdən əvvəl qonaqlar Latviyaya həsr olunmuş sərgiyə baxıb, məktəblə tanış olub, idmançı şagirdlərlə görüşübər. Məktəbin akt zalında şagirdlərin iştirakı ilə hazırlanmış, Latviyaya həsr olunmuş kompozisiya təqdim edilib. Sonda qonaqlar öz təəssüratlarını bölüşərək, iştirakçı şagirdlərlə xatirə şəkli çəkdirib.
Tədbirdə həmçinin, səfirliyin müşaviri Elmira Mirzəyeva, ETN Beynəlxalq əlaqələr sektorunun müdiri İlqar Dadaşov, BTŞ-nin müdir müavini Hüseyn Əsgərov, Binəqədi İH-nin şöbə müdiri Nicat Allahverdiyev, MOK-un məsləhətçisi Səkinə Vəliyeva iştirak edib.
KARUSEL / SİYASƏT
Tarix: 13-01-2023, 19:05