Neftimiz bahalaşıb
Yanvarın 17-də İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,88 dollar artaraq 91,23 dollar olub.
Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,9 dollar artaraq 88,99 dollar olub.
Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 1,99 dollar artaraq 46,99 dollar olub.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin bir barelinin qiyməti yanvarın 13-də 1,51 dollar artaraq 84,35 dollar olub.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 18-01-2023, 10:29