mobil versiya

Sentyabr əməliyyatlarında DSX-nin məhv etdiyi Ermənistan ordusunun texnikaları açıqlanıb



2022-ci il 12-13 sentyabr tarixlərində dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində bölmələrimiz tərəfindən Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq ağır sarsıdıcı zərbələr endirilib, çoxsaylı itkilər verən düşmən qüvvələri geri çəkilməyə məcbur edilib.

Bunu Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev 2022-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində deyib.
O bildirib ki, düşmənin 2 S-300 divizionu, 1 ədəd S-125 ZRK buraxıcı qurğusu, 1 ədəd S-125 ZRK-nın atəş tuşlama stansiyası, 1 ədəd P-18 tipli radiolokasiya stansiyası, 2 ədəd "Jitel" radioelektron mübarizə sistemi, 18 ədəd düşmən postu, çoxsaylı canlı qüvvəsi məhv edilib.
2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin strukturunun təkmilləşdirilməsi və idarəetmənin optimallaşdırılması üzrə verdiyi vacib qərarlar verməsinin, 9 zabiti "general-leytenant" və "general-mayor" ali hərbi rütbələrinə layiq görməsinin, Vətən Müharibəsi zamanı göstərdikləri igidliyə və şücaətə, həmçinin xidmətdə fərqləndiklərinə görə 125 nəfər hərbi qulluqçunun (onlardan 54 nəfərini ölümündən sonra) orden və medallarla təltif edilməsinin şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanması qeyd edilib.
Bu nailiyyətlərin əldə olunmasında Dahi Öndər Heydər Əliyevin sərhəd mühafizəsi sahəsindəki ideya və düşüncələrinin gerçəkləşdirilməsi, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ali diqqəti nəticəsində dövlət sərhədlərinin toxunulmazlığının təmin edilməsinin mümkün olması xüsusi vurğulanıb.

KARUSEL / GÜNDƏM
Tarix: 18-01-2023, 10:37