mobil versiya

Azərbaycanın Mərkəzi Bankı növbəti valyuta hərracı keçirib



Yanvarın 19-da Azərbaycanın Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun (SOFAZ) iştirakı ilə növbəti valyuta hərracı keçirib.

Mərkəzi Bankın məlumatına görə, hərracda tələb 1,5 milyon dollara olub və tam qarşılanıb.
Hərracın yekunlarına əsasən, ortaçəkili məzənnə 1,7 AZN/1 USD təşkil edib.
Qeyd edək ki, Mərkəzi Bank valyutanın rəqabətli şəraitdə birtərəfli satışı ilə valyuta hərraclarının keçirilməsinə 2017-ci ilin yanvarından başlayıb. Hərraclar valyutanın rəqabətli şəraitdə birtərəfli satışı formasında keçirilir.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 19-01-2023, 15:54