mobil versiya

Putin Təhlükəsizlik Şurası katibinin köməkçisini istefaya göndərdi


Rusiya prezidenti Vladimir Putin Aleksey Pavlovu Rusiya Təhlükəsizlik Şurası katibinin köməkçisi vəzifəsindən azad edib.

Putin bu barədə Sərəncam imzalayıb.
“Pavlov Aleksey Anatolyeviç Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin köməkçisi vəzifəsindən azad edilsin”, – Sərəncamda deyilir.
51 yaşlı Pavlov 2009-cu ilin martından Rusiya Təhlükəsizlik Şurasının üzvüdür. Bundan əvvəl o, Federal Təhlükəsizlik Xidmətində (FTX) müxtəlif vəzifələrdə çalışıb. O, fəaliyyəti dövründə“Şərəf” və “Dostluq” ordenləri, II dərəcəli “Vətənə xidmətə görə” medalı və digər medallarla təltif edilib.
Rusiya Təhlükəsizlik Şurasına FTX direktoru Nikolay Patruşev rəhbərlik edir. Şuranın rəhbərliyinə 17 nəfər daxildir.
KARUSEL / DÜNYA
Tarix: 20-01-2023, 17:06