mobil versiya

Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin maaşlarına əlavənin müddəti uzadılıb



Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti martın 1-dək uzadılıb. Əvvəl bu müddət yanvarın 1-dək nəzərdə tutulmuşdu.
KARUSEL / CƏMİYYƏT
Tarix: 24-01-2023, 18:49