"Everton" klubu satışa çıxarılıb
İngiltərə Premyer Liqasında çıxış edən "Everton" futbol klubu satışa çıxarılıb.
İran əsilli britaniyalı iş adamı Farhad Moşiri Mersisayd təmsilçisini satmaq niyyətindədir.
O, 500 milyon funt sterlinqdən çox olan təklifləri nəzərdən keçirməyə hazırdır. Artıq bir neçə potensial alıcı öz maraqlarını ifadə edib. Satış prosesi Deloitte tərəfindən həyata keçiriləcək.
Qeyd edək ki, Farhad Moşiri 2016-cı ildən "Everton"un sahibidir. Klub ötən gün baş məşqçi Frenk Lempardı istefaya göndərib.
KARUSEL / İDMAN
Tarix: 25-01-2023, 11:38